17 Avqust 2014 16:11

İranın şimalında Larican şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 04:25-də baş verib.

Tələfat və dağıntılar barədə heç bir məlumat yoxdur.


Müəllif:
Загрузка...