18 Avqust 2014 09:40

Mərkəzi Afrika Respublikasının (MAR) eks-prezidenti və Seleka lideri Mişel Djotodiya müsəlmanlara qarşı soyqırımlara son vermək üçün ölkənin şimalında “müstəqil dövlət” yarandığını elan edib.

Müstəqil dövlətin yaradılmasına səbəb kimi MAR-da müxtəlif dinlərin bir yerdə yaşamasının mümkünsüzlüyü göstərilib. Seleka koalisiyasının vitse-prezidenti Nurəddin Adəm verdiyi açıqlamada MAR-ın şimal-şərqində eks-prezident və Seleka lideri Mişel Djotodiyanın başçılığı ilə paytaxt Banqidən 800 kilometr məsafədə yerləşən Vakaqa bölgəsində paytaxtı Birao olan müstəqil dövlətin yaradıldığı elan edib. Verilən açıqlamada Djotodiyanın 12 nazirdən ibarət müvəqqəti hökumət quracağı, Seleka Koalisiyasının vitse-prezidenti Nurəddin Adəmin Milli Müdafiə və Milli Təhlükəsizlik naziri olacağı bildirilir.


Açıqlamada o da qeyd edilir ki, yeni qurulacaq dövlət Əl-Qaidə və İŞİD-dən fərqli olaraq, teokratik dövlət olmayacaq. Bu dövlət insanların dini baxışlarına sayğı ilə yanaşaraq, onların sülh şəraitində yaşamasını təmin etmək üçün qurulub.


Xatırladaq ki, Djotodiya 10 il SSRİ-də yaşayıb.


Müəllif:
Загрузка...