28 Aprel 2014 12:08
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.

Trend-in İranın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib.

Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.


Müəllif: