18 Avqust 2014 12:12
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dəstəyi ilə İraq hökuməti və kürd peşmərgələri İŞİD-in nəzarətində olan Mosulun su və elektrik anbarını geri qaytara biliblər.

Teleqraf.com "Franspress" agentliyinə istinadən xəbər verir ki, Dəclə çayı üzərindəki su anbarı tamamilə İŞİD-in əlindən alınıb.

ABŞ üç gündür ki, Mosul su anbarını yaraqlılardan geri almaq üçün hava əməliyyatlarını davam etdirir.

ABŞ hərbi rəsmiləri deyib ki, İslam Dövlətinin yaraqlılarına qarşı 14 pilotsuz təyyarə hücumu İraqın Sincar şəhərində bir neçə zirehli maşını və yaraqlıların yoxlanış məntəqəsini məhv edib.

Hazırda İŞİD-in nəzarətində olan Suriyanın Rakka şəhərinin yaraqlılardan təmizlənməsi əməliyyatları həyata keçirilir.

Rəsmi məlumata görə, İŞİD-in əlində olmuş Mosul bəndi İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.

Ayxan


Müəllif: