18 Avqust 2014 12:32
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polis tərəfindən öldürülmüş gəncin cəsədi üzərində aparılmış tibbi ekspertizanın nəticələri açıqlandıqdan sonra bu şəhərdəki küçə nümayişləri yenidən şiddətlənib.


Tibbi ekspertiza nəticəsində məlum olub ki, avqustun 9-da Ferqyusonda polis əməkdaşı tərəfindən öldürülmüş Maykl Brauna altı dəfə atəş açılıb, bu atəşlərin ikisi onun başına tuşlanıb.

Bu məlumatdan qəzəblənən insanlar küçəyə çıxaraq cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Polis nümayişi dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Polisin güc tətbiqi nəticəsində ölən olmayıb, lakin xəsarət alanlar arasında uşaqların və media mənsublarının da olduğu deyilir.

/APA/


Müəllif: