18 Avqust 2014 15:30

İranın cənub-qərbində baş verən güclü zəlzələ nəticəsində 250 nəfər yaralanıb.

Yeraltı təkanlar nəticəsində təkcə Abadan şəhərindəki 2 min 700 evə ziyan dəyib. Yaralılar Dehleran, Abadan şəhərləri və Xuzistan əyalətindəki xəstəxanalara aparılıb.

Zəlzələnin episentiri olan Murmur şəhərində isə bir çox bina yararsız hala düşüb. İran Qızılaypara Cəmiyyətinin nümayəndələri artıq təbii hadisə baş verən bölgədə araşdırmalar aparır.

Qeyd edək ki, bu gün İranın qərbində 6,2 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Tehran şəhərindən 480 km cənub-qərbdə yerləşən Dizful şəhərinə düşüb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

/anspress/


Müəllif:
Загрузка...