19 Avqust 2014 00:47

İraq və Şam İslam Dövləti qruplaşması 170 kürd yaraqlısını əsir götürüb.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə İŞİD üzvləri "Twitter"də çıxış ediblər. Onların sözlərinə görə, onlarla kürd yaraqlısı öldürülüb və 170 nəfər isə əsir götürülüb. İŞİD üzvləri həmçinin kürdlərə məxsus çoxlu sayda silah-sursatın ələ keçirdiyini açıqlayıblar.

"Reuters"in yaydığı xəbərdə bildirilir ki, İŞİD üzvləri kürd yaraqlılarının harada əsir götürüldüyünü açıqlamayıblar.

Qeyd edək ki, bu gün kürd və İraq ordusunun birgə hücumu nəticəsində Mosul bəndi azad edilib. Kürd yaraqlıların sözügedən hücumda əsir düşdüyü barədə heç bir məlumat yoxdur. Çünki ABŞ və İraq aviasiyalarının dəstəyi ilə həyata keçirilən hücumda İŞİD üzvlərinin kürdləri pusquya salmaq imkanları belə olmayıb.

Belə ki, aviasiya zərbələrindən sonra irəliləyən İraq ordusu və kürdlər müqavimətə belə rast gəlməyib. Yalnız İŞİD qoyduğu minaları təmizləməklə irəliləyən hücum tərəfi Mosul şəhəri üçün böyük təhlükə mənbəyi sayılan bəndi azad edə bilib.

İraq höküməti yaxın günlərdə kürd və ordu qüvvələrinin Mosulu azad etmək üçün hucuma keçəcəyini açıqlayıb. ABŞ aviasiyasının da İraq ordusuna yenidən dəstək verəcəyi gözlənilir.

Nüfuzlu xəbər agentliklərinin məlumatına görə, İŞİD İraqda tutduğu ərazilərinin müdafiəsi üçün ciddi səy göstərmir.


Müəllif:
Загрузка...