19 Avqust 2014 09:58
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədəninə ən çox sayda pirsinq vurmuş şəxs kimi adı Guinnes rekotdlar kitabına düşmüş almaniyalı Rolf Buchholtz Dubaya buraxılmayıb.

Gecə klubunda təşkil edilən şou əyləncədə iştirak etmək üçün Dubaya gəlmiş 53 yaşlı Buchholtz aeroportdan bayıra belə çıxa bilməyib.

Yerli rəsmilər ona İstambula uçan reysə bilet alaraq təyyarəyə otuzdurub yola salıblar.

Rolf Buchholtz bədəninə 453 pirsinq halqası və ya sırğası vurdurub, başına isə 2 süni buynuz implantasiya etdirib.

Aeroport rəsmiləri kişinin geri qaytarılmasının səbəblərinə dair şərh və izahat verməyiblər.

Pirsinq rekordçusunun özü isə Twitter səhifəsində hadisə barədə bunları yazıb: "Miqrasiya zabitləri məni Qara Cadugər sayaraq ölkəyə daxil olmağımı qadağan etdilər".

BBC


Müəllif: