19 Avqust 2014 11:26
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ferguson qəsəbəsində polis və Michael Brown adlı afro-amerikan gəncin öldürülməsinə etiraz edən sakinlər arasında yenidən iğtişaşlar başlayıb.

18 yaşlı yeniyetmə on gün öncə hüquq-mühafizə orqanları tərəfindən odlu silahla öldürülüb.

Ötən gecə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sakinlər əsas yolu boşaltmaqdan imtina edib və polisə şüşə qablar atılıb

İğtişaşlar bazar ertəsi Missuri qubernatorunun komendant saatını ləğv etməsi və şəhərə Milli Qvardiyanın yeridilməsi xəbərindən sonra başlayıb.

Prezident Barack Obama hərbçilərin hərəkətlərinin nəzarət altında olduğunu qeyd edib və şəhərə baş prokuroru göndərib.

Ferguson qəsəbəsində yerli polislə etirazçılar arasında toqquşmalar 1 həftədın çoxdur davam edir.

Toqquşmalara səbəb Klikləyin avqustun 9-da Michael Brown adlı 18 yaşlı qaradərili yeniyetmənin küçədə polis nəfəri tərəfindən güllələnməsi olmuşdu.

New York Times qəzetinin yazdığına görə, ilkin tibbi müayinə nəticəsində yeniyetməyə azı 6 güllə vurulduğu aşkar edilib, o cümlədən 2 güllənin yeniyetmənin baş nahiyəsinə dəydiyi qeyd olunub.

BBC


Müəllif: