19 Avqust 2014 18:04

İsveçrə şəhərinin meri Badem Qeri Mülleri müvəqqəti olaraq vəzifədən kənarlaşdırıblar.

İddia edirlər ki, o, iş yerində çılpaq fotosessiya etdirib. Yayılan məlumata əsasən 53 yaşlı siyasətçi əynində bir köynək olan zaman şəhər sovetinin otağında kamera qarşısına keçib, daha sonra isə həmin şəkilləri rəfiqəsinə göndərib.

Müller xarici işlər üzrə İsveçrə parlamentinin komissiyasının üzvü olduğuna görə qalmaqal federal səviyyəyə qalxa bilər.

Hal-hazırda şəhər sovetinin qərarı ilə Müller səlahiyyətlərini müvəqqəti olaraq Badenin vitse-meri Markus Şnayderə verib.

Deputatlar bəyan ediblər ki, bu vəziyyətdən çıxmaq üçün onlar merə kömək edəcəklər.

Müllerə isə etdiyini etiraf etmək və ya yalan olmasını sübuta yetirmək üçün istədiyi qədər vaxt veriləcək.

anspress


Müəllif:
Загрузка...