19 Avqust 2014 21:08
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdərili polis zabitinin qaradərili silahsız gənci güllə ilə vuraraq öldürməsi ilə bağlı gərginlik davam etdiyi bir vaxt ABŞ Missuri ştatının Ferquson şəhərində nümayişçilərlər polis arasında dünən gecə yeni qarşıdurma baş qaldırıb.

Ferquson küçələrinə toplaşan dinc etirazçıların daha sonra nümayişi xaosa çevişməsinə müdaxilə edən iğtişaş polisi səksəndirici şaşkalar və gözyaşardıcı qazdan istifadə edib. Güclü silahlanmış hərbi qüvvələrin üzərinə Molotov kokteylləri atılıb.

Polis kapitanı Ron Conson jurnalistlərə deyib ki, bu gün səhər polis güclü hücuma məruz qalsa da, atəş açmayıb. Onun sözlərinə görə, iki nəfər etirazçı kütlənin içərisində atılmış atəş nəticəsində yaralanıb. Etirazçılar polisin dağılışmaq tələbinə məhəl qoymayıb və Conson deyib ki, 31 nəfər saxlanıb.

O bildirib ki, nümayişçilərin çoxu dinc şəkildə etirazlarını bildirsə də, kiçik bir qrup nümayişlərin zorakı hal almasına səbəb olub. Polis zabitinin sözlərinə görə, rəsmilər xinayətkarların Ferquson icmasının yönəltməsinə imkan verməyəcək.

Dünən polis zorakılığı “qəsdən törədilmiş cinayət aktı adlandırıb” və əmlaka ziyan vurmaq, insanlara xəsarət yetirmək və ixtişaş yaratmaq məqsədi daşıdığını bildirib.

Nümayişçilər polis gözyaşardıcı qazdan istifadə etməyənədək hər hansısa zorakılığın törədildiyini inkar edir.

Zorakılıq bir neçə saat sonra komendant saatı tətbiq edilib.
/Amerikanın səsi/


Müəllif: