20 Avqust 2014 11:46

Türkiyə prezidenti Abdullah Gül avqustun 19-da axşam təşkil etdiyi vida qəbulunda jurnalistlərin suallarını cavabladıqdan sonra, həyat yoldaşı Hayrunnisa Gül də jurnalistlərə sərt açıqlama verib: “Bir həssas dövrdən keçirik. Nələr yazıldı, gördük. Nələr deyildi, eşitdik.

Mən hər şeyi bilirəm. Abdullah bəy mən kədərlənməyim deyə interneti bağlayırdı, qəzetləri, mətbuat bülletenlərini önümdən götürürdü, amma nəyin nə olduğunu çox yaxşı bilirik. Abdullah bəy nəzakətliliyindən söyləyə bilmir. Ona qarşı çox səhvlər, çox hörmətsizliklər edildi. Bu müddətdə bəzi yaşadıqlarımızı, 28 fevral dövründə mənim baş örtüyümün müzakirə edildiyi günlərdə belə bu qədərini görmədik”.

Hayrunnisa Gül bu sözlərinin ardından jurnalistlərlə görüşərkən “Yeni Şəfəq” qəzetinin Ankara nümayəndəsi Abdulqadir Selviyə növbə çatanda “Sizinlə qucaqlaşmaq istəmirəm, sizdən çox incimişəm”, - deyərək əlini uzatmayıb. “Vatan” qəzetində verilən xəbərinə görə isə Gül həyat yoldaşı ilə fotoşəkil çəkdirən jurnalistlər arasında olan ATV-nin nümayəndəsi Mehmet Akarcanı da tənqid edib.

/Modern.az/


Müəllif:
Загрузка...