20 Avqust 2014 16:02
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Xarici İşlər Nazirliyinin protokol xidmətinin yüksək vəzifəli nümayəndəsi Jan-Mari Pir Qətər şahzadəsinin niqabına toxunduğuna görə qalmaqal mərkəzinə düşüb.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, insident şahzadə xanım və onu müşayiət edən iki nəfər yaxınlıqdan keçən Piradan Kral sarayına necə getmələrini soruşanda baş verib. “Mən dedim ki, üzünü görmədiyim adamla danışmıram. Müraciət edən qadın, yəqin ki, məni eşitmədi, bu zaman baş örtüyünü çıxardım. Bilirəm ki, bunu etməməliydim, ancaq onun davranışı da qanunsuz idi”, - məmur deyib.

Hadisədən sonra Pir saxlanılıb. Bəzi məlumatlara görə, məmur insident zamanı içkili olub. Zərərçəkən isə bəyan edib ki, onun sırğaları da qoparılıb. Şahzadə xanımın adı açıqlanmır. Onun özünün cərimələnməsi və 7 gün həbs olunması gözlənilir. Belçikada ictimai yerdə üzü bağlayan geyimlə gəzmək qadağandır.


Müəllif: