21 Avqust 2014 01:22
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün separatçılar Luqansk səmasında Ukrayna Hərbi Hava Qüvvələrinin daha bir Su-25 təyyarəsini vurub.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, təyyarənin pilotunun aqibəti bəlli deyil.

Bundan öncə separatçıların Luqanskda Ukrayna ordusunun bir qiricisi və iki vertolyotunu vurduğu barədə xəbərlər yaylmışdı.

Nihad


Müəllif: