21 Avqust 2014 01:55
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada davam edən gərgin qarşıdurmalar fonunda digər separatçı qurum - Dnestryanı bölgənin rəhbərliyi ehtiyatda olan şəxslərin təcili hərbi çağırışına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Moldova mediası məlumat yayıb. Xəbərdə deyilir ki, qondarma qurumun prezidenti Yevgeni Şevçuk gözlənilmədən müvafiq qurumlarda çalışan və hazırda ehtiyatda olan şəxslərin hərbi çağırışa gəlmələri barədə təcili göstəriş verib. Həmin şəxslər bir ay ərzində qapalı hərbi rejimdə müyyən təlimlər keçəcəklər. Onlara "sülhməramlı qüvvələr” daxilində istənilən şərti tapşırığı yerinə yetirmək göstərişi veriləcək.

Xatırladaq ki, avqustun 20-də Rusiya "nüvə müharibəsi ssenarisi" çərçivəsində geniş hərbi təlimlərə başlayıb. Ekspertlər qondarma qurumun tələsik qərarının arxasında həm də bu amilin dayandığını proqnozlaşdırırlar.


Müəllif: