21 Avqust 2014 11:18
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Mosulda girov götürdüyü 49 türk diplomatını geri qaytarmaq üçün Türkiyədən 928 illik yaşı olan Süleyman Şah türbəsini tələb edib.


Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, Türkiyə hökuməti bu təklifi qəbul etmək məcburiyyətində qalıb. Türbənin boşaldılması üçün Türkiyəyə 3 həftə vaxt verilib.


İŞİD-in diplomatları əsir aldığı 2 ay müddətində Türkiyədən silah və pul tələb etdiyi bildirilir. Bununla yetinməyən terrorçu qruplaşma son olaraq Suriyada yerləşən Türkiyənin mülkiyyətindəki Süleyman Şah türbəsini istəyib.

İŞİD-lə döyüşmək istəməyən hökumət isə bununla razılaşıb. Artıq türbənin boşaldılması ilə bağlı Baş qərargah rəhbərliyinə göstəriş verilib.


Qeyd edək ki, türbə Suriyanın Hələb şəhərindədir. Burada Osmanlı imperiyasının qurucusu Osman Qazinin babası Süleyman şah və onun iki əsgərinin məzarı yerləşir. Süleyman şah türbəsi Ankara və Lozanna müqavilələrinə görə Türkiyənin mülkiyyətindədir.


Müəllif: