14 Aprel 2014 14:58

Ukraynanın Slavyansk şəhərində baş verən qarşıdurmalar nəticəsində dörd nəfər ölüb.

Teleqraf.com Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin iki zabiti və iki mülki vətəndaş separatçılar tərəfindən güllələnib.

Slavyanskda bu gün məktəblər və uşaq bağçaları bağlanılıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır. Şəhər əhalisinə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq məsləhət görülürb. Qeyd edək ki, şənbə günü bir qrup yaraqlı Slavyanskda polis bölməsini ələ keçirib.

Eldar


Müəllif: Teleqraf.com