22 Avqust 2014 15:54
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinin böyük oğlu, Aleksey Poroşenko ölkənin Cənub-Şəqrində terrorçulara qarşı əməliyyatlarda iştirak edir.

Teleqraf.com modern.az-a istinadən verdiyi xəbərə görə, Vinnitski vilayət şurasının 29 yaşlı deputatı evdə 3 aylıq oğlu Petyanı və həyat yoldaşı Yuliyanı qoyaraq gizli şəkildə döyüşməyə gedib. Bu haqda Poroşenko ailəsinə yaxın adamlar xəbər yayıblar. Mənbə bildirib ki, 4 həftə əvvəl Alekseyə çağırış vərəqəsi gəlib:

“O indi Müdafiə Nazirliyinin terror əleyhinə əməliyyatlar keçirilən dəstəsində xidmət edir. Ola bilsin ki, Alekseyi döyüşçülər arasında başqa ad və soyadla tanıyırlar”.

Terror əleyhinə əməliyyatlar mərkəzinin qrup rəhbəri Yuri Tandit bu məlumat təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü ciddi aparır. Bununla belə, prezident Pyotr Poroşenko heç yerdə oğlunun orduda xidmət etməsi ilə bağlı bir kəlmə belə danışmayıb.


Müəllif: