22 Avqust 2014 19:44
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə beynəlxalq konfransda iştirak edən "Həmas"ın hərbi qanadının lideri Saleh Əruri olduqca iddialı bəyanatla çıxış edib.

O, iyun ayında Yaxın Şərqdə qanlı münaqişənin başlanmasına səbəb olmuş 3 israilli yeniyetmənin oğurlanması və qətlinə görə məsuliyyəti "Həmas"ın öz üzərinə götürdüyünü deyib.

Ərurinin sözlərinə görə, "Həmas"ın hərbi qanadı sayılan Qəssam Briqadaları bu dırnaqarası fədakar əməliyyatı Qərb Sahili və Qüdsdə yaşayan fələstinliləri İsrailə qarşı qaldırmaq, onları üsyana sövq etmək məqsədilə həyata keçirib.

Əruri yəhudi yeniyetmələrin oğurlanmasına görə məsuliyyəti qruplaşma üzərinə götürən ilk "Həmas" lideridir.

Qeyd edək ki, 3 yəhudi yeniyetmə iyunun 12-də itkin düşüb, iki həftə sonra onların cəsədlərinin aşkarlanması İsrailin "Həmas"a qarşı sərt ölçülər götürməsinə yol açıb.

Əruri "Həmas"ın əsas fiqurlarındadır. O, Qərb Sahilində 20 il əvvəl "Həmas"ın hərbi qanadını təşkil edib və hazırda qruplaşmanın fəaliyyətini, əməliyyatlarını Türkiyədə mühacirətdən idarə edir.

/anspress/


Müəllif: