22 Avqust 2014 22:42
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar fəlakət yaşayan Ukraynanın cənub-şərq regionlarına yardımın çatdırılması məsələsində rəsmi Kiyevin açıq şəkildə süründürməçilik nümayiş etdirdiyini nəzərə alaraq yük karvanının yola düşməsinə qərar verilib.

APA-nın İTAR-TASS agentliyinə istinadın verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Anqela Merkel ilə telefon danışığı zamanı bildirib.

“Bu məsələnin getdikcə uzadılması yolverilməz idi”, deyə Putin vurğulayıb.


Kremlin mətbuat xidməti qeyd edir ki, telefon danışığı Merkelin Ukraynaya avqustun 23-nə planlaşdırılan səfəri ərəfisində Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.


Müəllif: