23 Avqust 2014 11:59
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın Girmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:36-da (GMT +4:30) qeydə alınıb.

Zəlzələnin episentri yerin 15 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu yaxınlarda Girmanşah daxil olmaqla İranın qərb ərazisində bir neçə dəfə zəlzələ baş verib.


Müəllif: