23 Avqust 2014 13:54
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya məhkəməsi dünyada analoqu olmayan qərar verib.

Teleqraf.com xəbər verir ki, qadın hakim Ulrik Andres cinsi orqanını nümayiş etməkdə günahlandırılan 54 yaşlı O. Herbertin penisinin boyunun ölçülməsinə qərar verib.

Hadisə keçən ilin avqust ayında olub. Daşınma şirkətlərindən birində işləyən Herbert bağlama çatdırmaq üçün lazımi ünvana gedib. İddiaya görə, günahlandırılan şəxs bağlamanı evdə olan 15 yaşlı qıza verərkən şalvarının qabağı açıq olub və penisi çöldə qalıb. Bunu görən 15 yaşlı qız şok keçirib və axşam bu haqda anasına deyib. Qadın isə Herberti məhkəməyə verib.

Məhkəmədə O.Hebertin həyat yoldaşı ifadə verərkən "ərimin penisi çox qısadı, çölə çıxa bilməz" deyib.

Hakim Ulrik Andres həyat yoldaşının ifadəsini əsas gətirərək O. Herbertin penisinin ölçülməsi üçün onu Odlenburq tibb mərkəzinə göndərib.

Məhkəmə tibb mərkəzindən gələn cavabdan sonra davam edəcək.

Uğur


Müəllif: