23 Avqust 2014 13:58

Bir çox prezidentlərin xanımları stili ilə dövrün qadınlarına bir nümunə olub və olmaqda davam edir.

Teleqraf.com ailem.az-a istinadən stilləri ilə yaddaşlarda qalan “First Lady”lərlə moda dünyasına səyahət edir.


Marsa Vaşinqton. İlklər heç vaxt unudulmaz. Amerikanın ilk prezidenti Corc Vaşinqtonun xanımı Marsa Vaşinqton klassik və ciddi geyim tərzi ilə bütün dünyada hörmət qazanmışdı. Şıklığı və zərifliyi ilə yanaşı qonaqpərvərliyi ilə hər kəsə nümunə olan bir qadın idi.


Qırmızıların qadını Nanci Reaqan. Prezident Ronald Reaqanın həyat yoldaşı qırmızını çox sevən first lady Nanci Reaqanın ən çox üstünlük verdiyi qırmızı pencəklər, donlar, paltolar idi. Zərif və qüsursuz geyim tərzi ilə yaddaşlara həkk olunub.


Tam bir stil ikonası Cakie Kennedi. 20-ci yüzilliyin ən cazibədar və mediatik ‟first lady‟si olan Cakie Kennedi ‟Onassis‟, ‟Oleg Cassini‟ imzalı geyimlər, düz kəsimli paltolar, dar ağ cinslər, iri eynəklər, dizüstü ətəklər, şapkalar, topuqsuz ayaqqabıları ilə tam bir stil ikonası idi. O dövrdə burjuaziya qadınları üçün bir örnək olub.


Tereza Heinz Kerri – Con Kerri dövründə Ağ sarayın “First lady”si idi. 1970-ci illərdə Cekqullin Bisset saç modeli ilə bütün dünyaya tanındı. Çiyninə atdığı şallar bütün geyimini tamamlayırdı. Qızıl saatı heç vat qolundan əskik olmazdı.


Sadə və klassik Hilari Klinton. 1992-ci ildə Bill Klinton prezident seçildiyi dövrdə qadın hüquqları qoruyucusu olan Hilari Klinton da bütün dünyada heyranlıq doğurmuşdu. Hər zaman ətək və pencək dəstinə üstünlük verən Hilari sadə və klassik geyimi ilə şıklığı əldən vermirdi.


Laura Buş. Ağ saraydakı 4 sıxıntılı ildən sonra Laura Buşun gülüşü ilhamverici və cəzabedici idi. Saçlarını hər zaman arxadan toplayar və bir-birindən fərqli rəngdə dəst kostyumları ilə məktəbli uniformasını xatırladırdı.


Moda ikonası Mişel Obamo. Qüsursuz, özünə xas şık tərzi ilə “First lady”lər sırasında moda ikonası hesab edilir. Donlar, pencəklər, kəmərlər, tünd rənglər, bir-birindən özəl aksessuarlar, qolları açıqda buraxan dar donlar, ətəklərə daha çox üstünlük verir. Onu da qeyd edək ki xanım Obama yeni nəsil Amerika dizaynerləri ilə çalışır. Bədənini yaxşı tanıyan çox zövqlü bir qadındır. 2009-cu ildə “Vanity Fair” jurnalının “Dünyanın ən şık geyinənləri” siyahısında ön sıralarda yer almışdı. “Meks Spencer”, ‟Banana republic‟ və “J.Crew” geyim markalarına üstünlük verir.


Zərif və eleqant Ancelica Rivera. Meksika prezidenti Enrique Penanın xanımı Ancelica Rivera zərif tərzi və eleqantlığı ilə tanınır. “Maria Claire” jurnalı üçün xüsusi pozlar verib.


Şeika Meza bint Nasser. Qatar əmiri Şeyx Hamad ibn xəlifə Al Thanin həyat yoldaşı Şeika şıklığı və gözəlliyi ilə diqqqət çəkir. Fərqli tərzi, eleqant geyimləri və bronz dərisi ilə “Forbes” jurnalının “dünyann ən güclü 100 qadını” siyahısında yer alıb. Ölkəsində ənənəvi geyimlər geyinir, kənarda son dəb geyimlərə üstünlük verir. Saçını zərif tüllə örtən Şeika müasirliklə öz ölkəsinin ənənəsini uyğunlaşdırmağı yaxşı bacarır.


Zövq sahibi Samanta Kameron. İngiltərənin prezidenti David Kameronun həyat yoldaşı Samanta Kameron sadə və şık tərzi ilə diqqət çəkir. Hər kəsin istifadə etdiyi markalardan geyinir.

Dorrit Moussaieff İslandiyanın birinci xanımı olaraq moda sahəsinə yad ad deyil. Rejissorluq və zinət əşyası dizaynı ilə məşğul olan Dorrit zərif tərzi ilə gözə çarpır. Londonda zinət mağazası var.


Müasir kraliça Rania el Abdullah. İordaniyanın müasir kraliçası Rania düzgün bədən quruluşu ilə nə geyinərsə, özünə yaraşdırmağı bacarır. Canlı rənglər geyinməkdən çəkinməyən Rania günümüzün ən zövqlü şık birinci xanımlarındandır.


Stil sahibi Karla Bruni Sarkozi. Fransanın keçmiş prezidenti Sarkozinin keçmiş xanımı Karla vaxtilə “First lady” olaraq geyim tərzi ilə diqqət çəkirdi. Hazırda müğənnilik sənətinə başlayıb.


Müəllif:
Загрузка...