28 Aprel 2014 22:13

Türkiyə Xarici İşlər Nazirliyi Misirdə Mursi tərəfdarlarının edam edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyi 683 nəfər barədə verilən edam qərarına etiraz edib. Çağırışda insan hüquqlarının kobudca pozulduğu və bunun qəbul edilməz olduğu vurğulanır. Həmçinin beynəlxalq ictimaiyyətə müraciət edilərək, bu qərarların qəbul edilməz olduğu qeyd olunur.

Türkiyə bu addımın Misir xalqının dincliyinə və rifahına mənfi təsirə edəcəyini, böyük bir mədəniyyətə sahib Misirin beynəlxalq nüfuzuna zərər verəcək qərarların Misir məhkəmə orqanları tərəfindən təkrar nəzərdən keçirilməsini xahiş edib.


Müəllif: