29 Aprel 2014 00:49
564

Moldava prezidenti Nikolay Timofti ölkənin neytral statusu və əhalinin əksəriyyətinin NATO-ya mənfi mnasibəti olmasına baxmayara, adı çəkilən alyansa qoşulmağın tərəfdarıdır.

Teleqraf.com-un xəbərinə görə, Moldava prezidenti bu barədə yerli KİV-ə müsahibəsində bildirib.

"Əgər mənim qərarım həlledici olsaydı, mən Moldavanın NATO-ya qoşulmasını dəstəkləyərdim. Əminəm ki, əgər biz NATO üzvü olsaydıq, bu gün təhlükəsizliyimizin səviyyəsi daha yüksək olardı. Hətta təhlükəsizliyimiz tam təmin olunardı".

Moldova prezidenti Ukraynada böhranın genişlənməsindən narahat olduğunu bildirib: "Buna bənzər hadisəni biz 1992-ci ildə yaşamışıq. Bu gün bizim ərazimizdə Rusiya qoşunları var, hansı ki, biz həmin qoşunların ölkədən çıxarılmasını tələb edirik".

Fidan


Müəllif: