29 Aprel 2014 09:33
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nümayəndələr palatası üzvünün qanunsuz olaraq fast-fud restoranı işlətdiyi aşkarlanıb

ABŞ-ın Nümayəndələr Palatasının ermənipərəst konqresmeni Maykl Grimin adı qalmaqalda hallanıb.

ANS PRESS-in məlumatına görə, qalmaqal onun konqresə seçilənə qədər işlətdiyi “Healthalicious” adlı fast-food restoranı ilə bağlı yaranıb. Konqresmen ötən gün həbs edilib.

Buna səbəb isə onun adıçəkilən restoranı qanunsuz olaraq işlətməsi olub. 4 əvvəl seçkilər ərəfəsində restoranda maliyyə problemləri baş vermişdi və bununla əlaqədar qanun pozuntularına yol verildiyi bildirilmişdi.

Qeyd edək ki, restoranın müştərilərindən biri mart ayında restorana gedərək sadəcə Parmesan pendirini yeyə bildiyini yazmışdı. Daha bir xanım müştəri isə fevral ayında restorandan iyrəndiyini, yaxınlarına və ailə üzvlərinə həmin restorana getməyi qadağan etdiyini bildirmişdi.

/Anspress/


Müəllif: