29 Aprel 2014 10:41
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə naziri Serqey Şoyqunun sözlərinə görə, Rusiya hərbiçiləri Ukrayna ilə sərhəddən çəkilərək, daimi dislokasiya yerlərinə qayıdıblar.

Rəsmi Moskva Kiyevin dinc əhaliyə qarşı silah istifadə etməyəcəyinə söz verdikdən sonra bu qərarı verib.

Teleqraf.com-un məlumatına görə, bu xəbəri ABŞ Müdafiə naziri Çak Xeyqel ilə görüşündə Şoyqu özü verib.

“Ukrayna höküməti dinc əhaliyə qarşı hərbi gücünü istifadə etmək niyyətində olmadığını bəyan edən kimi, rus hərbiçiləri daimi dislokasiya ərazilərinə qayıdıblar”, - deyə, Şoyqu bildirib.

Əldə olunan məlumata görə, Xeyqel ilə danışıqlar zamanı, Şoyqu əlavə edib ki, Kiyevin dinc əhaliyə qarşı silah istifadə etməsi perspektivi, Rusiyanı Ukrayna ilə sərhədlərdə hərbi təlimlərin keçirməsinə vadar edib. Bu qərar ictimailəşib.

Şoyqunun sözlərinə görə, hazırda Ukrayna hərbiçilərinin qruplaşdırılmış hərbiçilərinin sayı 15 minə çatıb.


Müəllif: