29 Aprel 2014 13:33
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən Armudluda təşkil edilən əməliyyat zamanı DHKP-C (İnqilabçı Xalq Qurtuluş Cəbhəsi) üzvü olduqları iddia edilən 18 nəfər həbs edilib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, həbs edilənlər arasında təşkilatın Armudlu üzrə məsul şəxsi də var.

Müxtəlif ünvanlardakı axtarışlar zamanı 3 tapança və təşkilata aid xeyli sənəd ələ keçirilib. Polis bəzi kompüterləri də istintaq üçün müsadirə edib. Götürülən kompüterlərin hard disklərinin olmadığı, xüsusi bir proqramla işlədildikləri bildirilib.

Nəzarətə alınan şübhəlilərin Armudluda iş adamlarından “vergi” adı ilə zorla pul yığdıqları iddia edilir. Pul verməyənlərin əvvəlcə xəbərdar edildiyi, xəbərdarlığa baxmayaraq, ödəmə etməyənlərin, avtomobillərinin yandırıldığı və iş yerlərinə zərər verildiyi bildirilir.

Teleqraf.com


Müəllif: