29 Aprel 2014 22:54

Facebook sosial şəbəkəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın əsgərlikdə çəkilən fotosu yayılıb.

Rizə müftiliyi adına Facebook-da açılan hesabda, rayon müftisi Yusuf Doğanın əsgər yoldaşı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə çəkilən fotoşəkili yer alıb.

Rizə müftiliyinin Facebok səhifəsində “Baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğanın, aralarında rayon müftimiz Yusuf Doğanın da olduğu silah yoldaşları” başlığıyla dərc olunan fotoşəkildə Baş nazir Ərdoğan da yoldaşları ilə birlikdə əlində tüfənglə şəkil çəkdirib./anspress/


Müəllif: