30 Aprel 2014 00:22
1 553

ABŞ Dövlət Katibi Con Kerri bu ölkənin kəşfiyyatının Ukraynanın şərqində rusiyalı agentlərin telefon danışıqlarını tutduğunu bildirib.

Teleraf.com xəbər verir ki, bu barədə Vaşinqtonda çıxan Daily Beast nəşri bildirib.

"Kəşfiyyat bizə Moskvadan əmr alan agentlərin telefon danışılarını təqdim edir. Tələffüz, idiomatika və dildəki fərqlər ortadadır. Biz dəqiq bilirik ki, bu əmrlər haradan verilir və onu kimlər alır", - deyə Daily Beast Kerridən sitat gətirib.

Kerrinin sözlərinə görə, əvvəlcə Krımda olan bəzi şəxslər hazırda Ukraynanın şərqindədirlər və bu, təsadüfi deyil: "Bizim hamımızı axmaq yerinə qoyurlar. Düşünmürlər ki, ХХI əsrdə özünü necə aparmaq lazımdır. Bu, quldurluqdur, özünü ən pis formada aparmaqdır".

Fidan


Müəllif: