30 Aprel 2014 11:09
1 105

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab verməyin vaxtı deyil.

Teleqraf.com-un yaydığı məlumata görə, prezident bildirib ki, tətbiq olunmuş sanksiyaların ilkin paketi qanunsuzdur və bu addım Rusiyaya qarşı qərəzli mövqeyin göstəricisidir. “Sanksiyalar Rusiya-ABŞ və Rusiya-Avropa Birliyi münasibətlərinə ciddi zərbədir. Ikinci paket məsələsinə gəlincə isə, ümumiyyətlə, söhbətin nədən getdiyi anlaşılmır. Bu addımın nə ilə əlaqəli olduğu da məlum deyil. Yalnız yeni sanksiyalar paketinin Ukraynada baş verənlərlə əlaqəli olmadığı məlumdur”, - deyə Rusiya prezidenti bildirib.

“Bir daha təkrar edirəm: bu sanksiyaların heç bir müsbət təsiri yoxdur və ola da bilməz. Onlar yalnız bütün tərəflərin ziyanına işləyir. Rusiya höküməti cavab addımların atılması təklifi ilə çıxış edib. Lakin mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Bu sanksiyaların davam edəcəyi halda isə biz iqtisadiyyat və energetika sahəsində işlərimizin qurulması barədə düşünməli olacağıq. Biz cavab addımlarının atılması barədə düşünmək istəmirik. Ümid edirəm, bizi buna məcbur etməyəcəklər”, - deyə, o fikrini bildirib.

Ülviyyə


Müəllif: