30 Aprel 2014 11:08

Rusiyanın şərqində olan Zabaykalye kəndindəki hərbi cəbbəxanada baş verən bir neçə partlayışda 11 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, 34 nəfər də xəsarət alıb, 11 nəfər isə xəstəxanaya çatdırılıb.

Verilən son məlumatlara görə, Böyük Turdakı hərbi hissənin ərazisindəki bütün yanğın ocaqları söndürülüb.

Alovun daha da böyüməsinin və yanacaq anbarına keçməsinin qarşısı alınıb. Partlayışlar kənddəki yaşayış evlərinə də təsir edib, evlərin damı və şüşələri qismən dağılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.


Müəllif: