30 Aprel 2014 11:22
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikaraqua prezidenti Daniel Orteqa ABŞ və Avropanın Ukraynada baş verən hadisələrin fonunda, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu bəyan edib.

“Ukraynaya nəzər salanda başa düşürük ki, burada zor tətbiq olunaraq, hakimiyyət ələ keçirilib, təcavüzkarlar yeni hökümət formalaşdırıb. Digər tərəfdən isə Krıma baxıb, başa düşürük ki, bir damla qan axıdılmadan, referendum yolu ilə ərazi xalqın istəyi ilə Rusiyaya birləşdi”, - deyə, Orteqa fikrini bildirib.

Nikaraqua prezidentinin sözlərinə görə, sanksiyalara yalnız regionda mövcud olan stabilliyi poza bilər.

“Sanksiyaların tətbiq olunması nəinki regionda, o cümlədən bütün dünyada təhlükəsizliyin azalmasına səbəb ola bilər”, - deyə o, bəyan edib.


Müəllif: