30 Aprel 2014 13:29
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gömrük İttifaqına qoşulmasına dair sənədin bu ilin iyunun 1-dək hazırlanmasına dair göstəriş verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının kollegiyasının sədri Viktor Xristenko bildirib.

“Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Məkana qoşulmasına dair müqavilənin layihəsin iyunun 1-dək hazırlanmalı və Astanada təşkil olunacaq prezidentlərin görüşündə təqdim olunmalıdır. Bu barədə artıq göstərişin verildiyi bildirilir.

“Layihəyə Ali Şuranın iclasında, Astanada baxılacaq”, deyə, Xristenko qeyd edib.


Kollegiyanın sədrinin sözlərinə görə, Vahid İqtisadi Məkana dair müqavilənin layihəsi üzrə fikir ayrılığı artıq aradan qaldırılıb.


Müəllif: