30 Aprel 2014 21:57
686

Ukraynalı milyarder Rinat Axmetov Ukraynanı tərk etmək niyyətində deyil.

Teleqraf.com-un verdiyi məlumata görə, bu haqda Rinat Axmetovun SCM şirkətinin mətbuat xidməti xəbər yayıb.

Mətbuatda rusiyameylli iş adamının Ukraynada olan biznesini sataraq ölkəni tərk edəcəyi barədə xəbərlər yazılsa da oliqarx bunu təkzib edib.

"Mən biznesimi satmıram və ölkəni tərk etmək fikrim yoxdur. Bu gün mən Donbassdayam. Mənim mövqeyim dəyişməz qalır: Ölkəmiz vahid olmalıdır. Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, Donbass və Ukrayna bir olsun. Donbass və Ukraynaya inanaraq ölkəyə investisiya qoyuram. Bu investisiya davam edəcək” - deyə Axmetov bildirib.

Ukrayna mediasında yazılıb ki, Vladimir Putin Rinat Axmetovun “SCM” şirkətini satın almaq istəyir.

“SCM” şirkəti Ukraynada əsasən metal biznesilə məşğul olur.

Rusiya prezidenti “SCM” şirkətini 20 milyard dollara almağa hazır olduğunu deyib.


Müəllif: Teleqraf.com