30 Aprel 2014 23:03
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Rusiya-Ukrayna müharibəsi aşkara keçsə, o zaman süqut növbəsi Rusiyada olacaq”. Bu sözləri “Axar.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
O, SSRİ-nin qərb tərəfindən parçalanmadığını bildirib: “Bəllidir ki, Rusiya Federasiyasının parçalanmasını çoxları istəyir. Aydındır, bütün məsələ prosesin texnologiyası ilə bağlıdır. Məsələn, çoxları bilir ki, SSRİ özü süquta uğramağa başladı. Qərb isə sadəcə, məmurların və Qorbaçovun axmaqlığından istifadə edərək bu prosesi sürətləndirmişdi. Burada isə heç bir sirr axtarmağa gərək yoxdur. Axmaq məmurlar indi də var və onlar heç bir yerə itmirlər”.

Politoloq Rusiyanın Ukraynadakı böhrandan çıxış yolu tapmayacağı halda parçalanacağını qeyd edib: “Bu gün Rusiyanı Ukrayna böhranından istifadə edərək, real müharibəyə cəlb etməklə parçalamağa çalışırlar. Əgər Rusiya-Ukrayna müharibəsi aşkara keçsə, o zaman süqut növbəsi Rusiyada olacaq. Bunun baş verməməsi üçün isə Rusiya gərək daxildən özünü qüvvətləndirib bütün iqtisadi, siyasi, maliyyə zərbələrinə qarşı dayanmağı bacarsın. Əgər Rusiya yaxın günlərdə Ukrayna məsələsində optimist həll variantlarına nail olmasa, o zaman onu güclü daxili parçalanma gözləyir”.


Müəllif: Teleqraf.com