1 May 2014 11:48
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beşiktaş Bələdiyyə Başçısı Murat Hazinedar, Taksim abidəsinə təmizlik işçiləri ilə birlikdə çələng qoymağa cəh edib.

Polislə uzun müddət mübahisə edən Hazinedar , işçilərin süpürgələrini buraxması şərtilə bələdiyyə çələngini abidəyə yerləşdirib.

Hazinedar ilə polis arasında maraqlı dialoqlar da yaşanıb. Taksim aparan yolun bir hissəsi səhər saatlarında bağlandıqdan sonra təhlükəsizlik tədbirləri artırılıb.

Bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra, meydana gül çələngi gətirilib. Çələngin Beşiktaş Bələdiyyə Başçısı Murat Hazinedar tərəfindən gətirdiyi aydın olub. Polislə Hazinedar arasında çələng qoyma ilə bağlı söz-söhbət yaşanıb. Hazinedar əllərində süpürgə ilə gələn təmizlik işçiləri ilə çələngi abidəyə yerləşdirmək istədi, lakin polis süpürgəli işçilərin çələng buraxmasının uyğun olmayacağı söylədi. Buna görə təmizlik işçiləri süpürgələrini buraxaraq çələng qoyma mərasiminə qatılıb.

Jurnalistlərin suallarını cavablayan Hazinedar , "Dövlətin bir qərarı var. Bu bizə görə doğru deyil, meydanlar xalq üçün bağlanmamalıdır. Biz ən azından Taksimi əhəmiyyətinə uyğun olaraq işçi qardaşlarımızla birlikdə çələngimizi qoymağı arzu etdik. Səhər 05.30-da gəldik. 1 saatlıq dialoq prosesinin sonunda çələngimizi yerləşdirə bildik. 1 Mayı burada qeyd edirik. Əmək üçün, ədalət üçün Taksimdə şəhid olan yurddaşlarımızı xatırlayırıq", - deyə, bildirib.


Müəllif: