2 May 2014 13:08
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölənlərin sayı 19-a çatdı

Nigeriyanın paytaxtı Abucada partlayış nəticəsində ölənlərin sayı artıq 19 nəfərə çatıb. Daha 70 nəfər müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Hələlik heç kim partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, paytaxt Abucada avtovağzalda partlayış baş verib. İlkin ehtimallara görə, terror aktı “Boko Haram” radikal İslam qruplaşması tərəfindən törədilib.

11:00

Nigeriyanın paytaxtı Abucada avtovağzalda partlayış baş verib.

Teleqraf.com-un yaydığı məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub. Partlayış qurbanlarının artacağı istisna olunmur. Yerli icra strukturlarının yaydığı xəbərə görə, vağzalın yaxınlığında park olunan avtomobil partlayıcı ilə təchiz olunub.

Xatırladaq ki, aprelin 14-də həmin avtovağzalda 90 nəfərin həyatına son qoymuş daha bir terror aktı həyata keçirilib.

İlkin ehtimallara görə, terror aktı “Boko Haram” radikal İslam qruplaşması tərəfindən törədilib.


Müəllif: