2 May 2014 12:19
3 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ata qızını dini əqidəsinə görə qətlə yetirib

Teleqraf.com xəbər verir ki, hadisə İordaniyada baş verib. Ölkədə İslamla bağlı keçirilən konfransa qatıldıqdan sonra müsəlmanlığı qəbul edən qız öz inancının qurbanı olub.

Polisin məlumatına görə, atası qızının müsəlman olması ilə barışmayaraq onu qətlə yetirib. Qızının başını daşla əzib öldürən atanın vəhşiliyi ölkədə böyük narazılıq yaradıb. İordaniyalı gənclər kilsəyə doğru yürüş edərək olaya etirazlarını bildiriblər. Polislə etirazçılar arasında qarşıdurma yaranıb. Faktla bağlı araşdırma aparılır.

Dəniz


Müəllif: