2 May 2014 16:17
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Abdullah Gül prezident seçkilərindən danışıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Gül baş nazir ilə məsləhətləşmə aparacağını bildirib: "Ərdoğanla aramızda qərar verəcəyik. Ərdoğanın düşünməyə, məsləhətləşməyə ehtiyacı var. Sonunda müşavirə keçirərək qərar verəcəyik".

A. Gül seçkilərlə bağlı artıq heç nə danışmayacağını da qeyd edib:

"Vaxt gedir. Namizədlər bəlli olacaq. Seçkilərdə xalq qərar verəcək. Hörmətli baş nazir və mən hansımızın namizəd olacağı ilə əlaqədar məsələni aramızda düşünüb qərar verəcəyik. Bu mövzu ilə əlaqədar artıq heç nə demək istəmirəm. Seçkilərin qaydaları müəyyən olunub. Seçicilər özləri qərar verib yeni prezidenti seçəcəklər”.

Ülviyyə


Müəllif: