2 May 2014 20:31
2 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində Avromaydan və Rusiya tərəfdarları arasında qarşıdurma yaranıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, "Çornomorets" və "Metallist" futbol klublarının tərəfdarları matçdan öncə Ukraynanın himnini oxuyaraq yürüş keçirib. Bu zaman yürüş iştirakçıları "Molotov kokteyli" ilə silahlanan maskalı Rusiya tərəfdarlarının hücumuna məruz qalıb. Qarşıdurmada hər iki tərəfdən minlərlə adam iştirak edir. Onlar yerdən asfalt parçasını qopararaq bir-birinə atırar. Həmçinin atəş və partlayış səsləri müşahidə olunur.

Son məlumata görə, artıq 10 nəfərdən artıq adam ağır yaralanıb. Qan içində olan yaralılar xəstəxanaya yerləşdirilib.

Teleqraf.com oxuculara hadisələri canlı izləmək imkanı yaradır.

Nihad



Live streaming video by Ustream


Müəllif: