2 May 2014 21:02
617

21.45

Son məlumatlara görə, Odessada baş verən silahlı toqquşmalar zamanı 4 nəfər həlak olub.

Yaralıların sayı da artır. Bundan öncə 10 nəfərin ağır yaralandığı xəbəri yayılmışdı. Ən son xəbərə görə, daha 3 milis və 3 jurnalist yaralanıb.

21.01

Odessada Avromaydan və Rusiya tərəfdarları arasında qarşıdurma davam edir.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, hadisə yerində Kalaşnikov avtomatından atılan iki ədəd 5,45 mm kalibrli giliz tapılıb.

Yerli milis avtomatdan açılan atəş nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib. Həmin şəxs ciyərindən güllə yarası alıb, təcili yardım gələnə qədər isə dünyasını dəyişib.

Nihad


Müəllif: