4 May 2014 23:35
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel bazar günü telefon danışığında ilk növbədə ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn, beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

ATƏT-ə sədrlik edən İsveçrə prezidenti mayın 7-də Ukraynada vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlir.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə Kremlin mətbuat xidməti məlumat verir.

"Putin və Merkel, ilk növbədə - ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn səmərəli beynəlxalq tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər. Bununla əlaqədar mayın 7-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə konfederasiyasının prezidenti Didye Burkxalter Moskvaya gəlir", - məlumatda deyilir.


Müəllif: