4 May 2014 23:57
970

Kanada baş naziri Stiven Xarper bu gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiklərini bildirib.

Teleqraf.com-un "İTAR-TASS"a istinadən xəbərinə görə, bu barədə Kanada hökumətinin yaydığı press-relizdə bildirilir.

"Bu tədbirlər Ukrayna böhranına görə məsuliyyət daşıyan Rusiyaya və ayrı-ayrı şəxslərə təsir göstrmək məqsədi daşıyır. Əgər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhlükə olacaqsa, biz bundan sonra da belə addımlar atacağıq", - Xarper bildirib.

Xarper yeni sanksiyaların Rusiyanın 16 bank və şirkətinə qarşı tətbiq edildiyini də açıqlayıb.

Nihad


Müəllif: