5 May 2014 00:24
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə separatçılar hərbi prokurorluğa hücum edərək, Ukraynanın Konstitusiyası və bayrağını yandırıblar.

Teleqraf.com-un UNAİN-a istinadən xəbərinə görə, dünən axşam "Donetsk Xalq Respublikası"nın nümayəndələri - 2 minə yaxın separatçı taxta və dəmir dəyənəklərlə, bəziləri isə Kalaşnikov avtomatları ilə sılahlanaraq hərbi prokurorluğa basqın ediblər.

Bina mühafizəsiz olduğundan aressiv kütlə qısa vaxtda hərbi prokurorluğa daxil olub. Onlar binanın üzərindən Ukraynanın bayrağını götürərək yandırıblar. Separatçılar hərbi prokurorluqdan götrdükləri Ukrayna Konstitusiyasına da nümayişkaranə şəkildə od vurublar.

Nihad


Müəllif: