6 May 2014 12:22
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko təcili olaraq ölkənin müdafiəsinə hazırlaşmağa əmr edib.

O, Müdafiə nazirliyinin rəsmiləri ilə qapalı iclas zamanı xarici faktorlara qarşı müdafiəyə hazırlaşmaq göstərişi verib.

Teleqraf.com-un xarici mətbuata istinadən yaydığı məlumata görə, xəbər gizli şəkildə ölkə ordusuna da çatdırılıb. Belarus ordusu artıq hazır döyüş vəziyyətinə gətirilib, çoxlu sayda silah hərbi hissələrə paylanıb.

Verilən məlumata görə, Belarus lideri ölkə ordusunun müdafiə imkanlarını kəskin şəkildə tənqid edərək, ehtiyatda olan bütün zabitləri yenidən hərbi hazırıq vəziyyətinə gətirilməsi tələbini səsləndirib. “Biz qardaş ukraynalıların aqibətini təkrarlamamalıyıq”, - deyə, Lukoşenko bəyan edib.

Ülviyyə


Müəllif: