6 May 2014 12:43
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slavyansk şəhərinin yaxınlığında fəaliyyət göstərən rusiyameyilli döyüşçülərin Ukrayna əsgərlərinin hücumlarından sonra geri çəkildiyi barədə məlumatlar yayılıb.

Teleqraf.com-un yaydığı məlumata görə, şəhər kənarında hökumət qüvvələri televiziya qülləsini nəzarət altına alıb və üsyançılar şəhərin içərisinə çəkilməli olub.

Daha əvvəl şəhərin mərkəzinə yaxın yerlərdə atəş səsləri barədə məlumatlar daxil olsa da, az öncə Slavyanska çatan reroptyorlar şəhərdə hazırda sakitlik olduğunu deyirlər.

Slavyanskda baş verən hadisədə dörd Ukrayna əsgərinin öldürüldüyü, 30 nəfərin xəsarət aldığı bildirilir.

Ukrayna DİN məlumatı təsdiqləyir.

Bu arada "Donbass özünümüdafiə qərargahından" verilən məlumata görə, Slavyansk uğrunda döyüşlərdə 15-dək özünümüdafiə qüvvələrinin üzvü yaralanıb.

Ülviyyə


Müəllif: