6 May 2014 15:34
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Xüsusi Güvən Xəstəxanası baş həkimi Dr. Tofiq Əli Küçükbaş Türkiyə baş nazirinin müavini Bülent Arınçın öd kisəsində daş olması ilə əlaqədar əməliyyat keçirdiyini, artıq onun vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Küçükbaş Baş nazirin müavini Bülent Arınçın vəziyyətinin normal olduğunu deyib: "Onun sağlamlığına təhlükə yoxdur".

“Cənab Arınç daha öncə planlaşdırıldığı kimi bu gün öd kisəsində yaranmış problemlə əlaqədar əməliyyat keçirib. Vəziyyəti yaxşıdır. Lakin hələlik əməliyyat sonrası müalicəsini davam etdirməlidir. Allah şəfa versin", - deyə, Küçükbaş bildirib.

Ülviyyə


Müəllif: