6 May 2014 16:31
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

50.000 rubl cərimə

Rusiya prezidenti Vladimir Putinin yeni fərmanı ilə filmlərdə, televiziya verilişlərində, teatrda və mətbuatda söyüş qadağan olunub.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, yeni qanunu təşkilati qaydada pozanlar 50,000 rubl (£829), fərdi qaydada pozanlar isə 2,500 rubl (£41) məbləğində cərimə olunacaq.

Qanun pozuntusuyla bağlı mübahisə yarandığı halda, məsələyə ekspertlərdən təşkil olunmuş komissiya baxacaq.

Həmçinin qanuna əsasən, mətnində söyüş olan kitabların üz qabığında bu barədə müvafiq xəbərdarlıq yerləşdirilməlidir.

Sosioloji araşdırmalar Rusiya şirkətlərinin üçdə ikisində söyüşün yayıldığını aşkar edib.

Prezident Putinin imzaladığı qanun iyulun 1-dən qüvvəyə minəcək.

Verilən məlumata görə “söyüş qadağası” qanununun təşəbbüskarı Rusiya Duması deputatı, putinpərəst kinorejissor Stanislav Qovoruxindir.

Səslənməsində söyüşdən istifadə edən audio-video məhsullarda bu barədə xəbərdarlıq yerləşdirilməlidir.

Əks halda həmin məhsulun istehsalçıları lisenziyalarının ləğv olunması cəzası gözləyir.

Qadağanın Twitter və Facebook kimi beynəlxalq sosial şəbəkələrin rusiyalı istifadəçilərinə qarşı tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur.

Ülviyyə


Müəllif: