7 May 2014 13:58
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın şimalında 6 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un yerli seysmoloji xidmətə istinadən yaydığı məlumata görə, hadisədən sonra təkrar təkan müşahidə olunub. Bir neçə Budda məbədinin dağıldığı bildirilir.

Yayılan xəbərə əsasən, təkrar yeraltı təkanlar bölgəni silkələməkdədir. Episentri Çianqray vilayətində olan zəlzələnin 274 “afterşok”u hiss olunub.

Əksər təkanların gücü 3 balı keçmədiyi bildirilir.

Hadisə nəticəsində 1 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Episentrin olduğu vilayətdə əksər evlər yaşamaq üçün yararsız hala düşüb.

Tam dağılanlar sırasına məşhur “Ağ məbəd”in olduğu bildirilir.

Ülviyyə


Müəllif: